AZ

Bakı məktəbində İNSİDENT: mühafizəçi şagirdi döydü, işdən azad olundu

Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanması ilə bağlı məlumat yayılıb.
 
Moderator.az xəbər verir ki, məktəbin mühafizəçisinin 9-cu sinif şagirdini döyməsi iddia olunur.
 
Məsələ ilə bağlı məktəbdən bildirilib ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb, yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib.
 
"Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub", - məktəbin məlumatında qeyd olunub.
 
Seçilən
171
8
moderator.az

10Mənbələr