AZ

Qəza törətdikdən sonra ərazini hansı hallarda tərk etməyə icazə var? - ARAŞDIRMA + ÖZƏL

Son günlər avtomobil qəzalarında diqqət çəkən nüanslardan biri də qəza törədən şəxslə zərərçəkən sürücünün mübahisəsidir. Belə olan halda yollarda həm tıxac yaranır, həm də hər iki sürücü sığorta şirkətinin gəlməyini gözləyirlər. Bəs görəsən qəza törətdikdən sonra ərazini hansı hallarda tərk etmək mümkündür?
 
Moderator.az-a açıqlama verən sığorta eksperti Emil Ağabağırov deyib ki, istisnalar mövcuddur.
 
 
“İstənilən hadisə nəticəsində sığorta şirkətinə məlumatın verilməyi vacib məsələdir. Təbii ki, hadisə yerində gözləməyə bilərik. Əgər tıxac yaranırsa, burada insan xəsarəti varsa biz hadisə yerində gözləməli deyilik. Amma məlumat verməyimiz vacib məsələdir. Əgər xəsarətlə bağlı məsələdirsə həmin şəxsə kömək edib, ilkin tibbi yardım göstərməliyik, yaxud da xəstəxanaya çatdırmalıyıq. Bu bizim ən önəmli missiyamızdır. Bu halda sığorta şirkətləri bunu anlayır və heç bir problem yaranmır. İstisnaya da daxil deyil. Əgər xəsarət yoxdursa, mən sığorta şirkətinə məlumat vermədən hadisə yerini tərk etmişəmsə, bu artıq sığorta qaydalarının pozulmasına gətirib çıxarır. Vətəndaş hadisə yerini tərk etdiyinə görə yol polisləri tərəfindən həm cərimə olunur, həm də imtinaya gətirib çıxarır. Bundan başqa bir məsələni də qeyd edim ki, hadisə nəticəsində yol polisi əməkdaşı hadisə yerindədirsə, göstəriş verirsə avtomobil nəqliyyat vasitəsinin sürücüləri hadisə yerini tərk edə bilərlərsə, bu zaman sığorta şirkətlərini gözləməyə ehtiyac yoxdur! Çünki qərar verən, yekun sənədi təqdim edən məhz Dövlət Yol Polisinin əməkdaşlarıdır. Təbii ki, sığorta şirkətləri də agah olduqdan sonra onlar da hadisə yerinə gəlməyə bilərlər”, - deyə ekspert bildirib.
 
Seçilən
118
moderator.az

1Mənbələr