AZ

Qərb BMT Nizamnaməsinə məhəl qoymur

Qərbin hərəkətləri çox vaxt Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə ziddir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

S.Lavrov bildirib ki, qlobal məsələlərlə bağlı qərarların qəbulu zamanı beynəlxalq hüquq və kollektiv prinsiplərin çərçivəsinin konsolidasiyası vəzifəsi ön plana çıxır.

“Belə qərarlar yalnız bu prinsiplərə əməl olunduğu zaman legitim və səmərəli olacaq. Bu prinsip BMT Nizamnaməsində kağız üzərində yazılıb, lakin təəssüf ki, kollektiv Qərb tərəfindən, xüsusən də iqtisadiyyat, maliyyə və ticarət sahələrində qəbul edilən qərarlar çox vaxt BMT Nizamnaməsinin əsas prinsiplərinə ziddir”, - deyə nazir əlavə edib.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
bakivaxti.az

1Mənbələr