AZ

Dünyada münaqişələrin sayı kritik həddə çatıb

Dünyada aktiv münaqişələrin sayı İkinci Dünya Müharibəsindən bəri rekord həddə çatıb.
Hazırda 56 ölkədə, o cümlədən Ukrayna, Qəzza, Suriya, Əfqanıstan, Kolumbiya və digər ölkələrdə böhranlı vəziyyət müşahidə olunur.
Bunu İqtisadiyyat və Sülh İnstitutunun (IEP) araşdırması sübut edir.
Təhlilçilər acınacaqlı tendensiyanı qeyd ediblər. Bu münaqişələr getdikcə beynəlxalq xarakter alır. Belə ki, 92 ölkə öz hüdudlarından kənarda müharibələrdə iştirak edir.
"Müşahidələrimiz son on ildə, xüsusən də son beş ildə dünyada vəziyyətin pisləşməsidir. Sosial-iqtisadi səviyyədə dünya yaxşılaşır, insanlar daha çox və daha yaxşı yaşayır, lakin biz həm iqtisadi, həm də sülh baxımından ölkələr arasında uçurumların getdikcə genişlənməsini görürük", - IEP-nin icraçı direktoru Maykl Kollins bildirib.
Qeyd olunub ki, aşağı intensivlikli hərbi əməliyyatların açıq münaqişəyə və hətta böyük müharibələrə çevrilməsi riski artıb.
"Dünyadakı hökumətlərin böyük böhranlara çevrilməmiş bir çox kiçik münaqişələri həll etmək üçün səylərini gücləndirmələri çox vacibdir", - deyə IEP-nin təsisçisi və baş direktoru Stiv Killelea vurğulayıb.
Mənbə: El Pais
Seçilən
129
50
oxu.az

10Mənbələr