AZ

Ronaldonun dublu ilə Portuqaliya İrlandiyanı məğlub etdi

Portuqaliya millisi yoldaşlıq görüşündə İrlandiyanı məğlub edib. SİA xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində Joau Feliş, eləcə də dubl edən Kriştiano Ronaldo dəqiq zərbələr vurub.

Portuqaliyalılar iyunun 14-də başlayacaq Avro-2024-də Türkiyə, Gürcüstan və Çexiya ilə eyni qrupda oynayacaqlar.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatında iştirak edəcək.

İrlandiya seçmə qrupda dördüncü yeri tutaraq turnirə vəsiqə qazana bilməyib.

Hazırkı Avropa çempionları finalda İngiltərəni penaltilər seriyasında məğlub edən İtaliyadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
sia.az

1Mənbələr