AZ

Əli Baba və Qırx quldur– Fələstinlə Birləşmiş Ərəb Əmirlikləri arasında böyük qalmaqal - FOTO

Biləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Fələstin Muxtariyyətı hakimiyyətini "Əli Baba və 40 quldur" filminin personajlarına bənzətdiyinə görə münaqişə yaranıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iki mənbənin məlumatına görə, BƏƏ-nin xarici siyasət idarəsinin rəhbəri Fələstin rəhbərliyinin "Əli Baba və 40 quldur"u xatırlatdığını qeyd edərək, Fələstin Muxtariyyətinin "mənasız" olduğunu və buna görə də "birini digəri ilə əvəz etməyin eyni nəticəyə gətirib çıxaracağını" bildirib.

"Əgər real islahatlar görmürüksə, niyə Fələstin administrasiyasına yardım etməliyik?", - BƏƏ-nin naziri soruşub.

Buna cavab olaraq, Fələstin Muxtariyyətinin baş naziri Hüseyn əl-Şeyx BƏƏ nümayəndəsini söyərək, heç kimin islahatları necə aparmalı olduqlarını diktə etmək hüququna malik olmadığını iddia edib. Mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud münaqişəni sakitləşdirməyə çalışıb, lakin hər iki tərəf artıq qəzəblənib və ittihamlar hər iki tərəfə səsləndirilib.

BƏƏ-nin xarici işlər naziri daha sonra otağı qəzəbli halda tərk edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
milli.az

2Mənbələr