AZ

“Səhər verilişi aparır, 10 min alır” - Nadir kimi İFŞA ETDİ?

"Aparıcılar var ki, zamanında daha nümunəvi, mədəni verilişlər aparıblar. Amma baxan olmayıb, maaşları da az olub". 

Qlobal.net olay-a istinadən bildirir ki, bu sözləri instaqramda paylaşdığı videoda müğənni Nadir Qafarzadə deyib. 

O iddia edib ki, səhər verilişi aparan aparıcılardan biri külli miqdarda maaş alır: "İndi adam tanıyıram ki, səhər verilişi aparır. 10 min manat maaş alır, hələ sponsorlardan faizlər də qazanır. Reytinqlərdə də birinci yerdədir. Verilişinə də ən çox "qıjı"lar gəlir. Əcəb edir, camaat pul qazanmalıdır. Deməli, siz ona baxırsınız. Heç görmədim ki, Mədəniyyət kanalında, ya da digər kanallarda normal verilişə milyonlarla baxış gəlsin, reytinqə düşsün. Günahkar özümüzük, heç kimi günahkar etməyək. İçimizdə "qıjılıq", "zövzqsüzlük" var".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12740
4
qlobal.net

5Mənbələr