AZ

Rusiya ordusu Ukraynanın ümumiyyətlə mövcud olmayan kəndlərini “azad edir”...-RƏSMİ

Rusiya Müdafiə Nazirliyinin cəbhədəki “qələbələr”lə bağlı son hesabatı Ukrayna hərbçilərinin təəccübünə və istehzasına səbəb olub.
 
“Ruslar Ukraynanın xəritəsində ümumiyyətlə olmayan iki yaşayış məntəqəsini ələ keçirdiklərini elan ediblər”.
 
Moderator.az xəbər verir ki,  bunu “Xortitsa” əməliyyat-strateji qrupunun sözçüsü Nazar Voloşin “İnterfaks-Ukrayna”ya şərhində deyib.
 
“Bu gün Rusiya Federasiyasının Müdafiə Nazirliyi qoşunlarının Ukrayna ərazisindəki qələbələri ilə bağlı növbəti hesabatında Xarkov vilayətinin Artyomovka (qondarma "Luqansk xalq respublikası") və Timkovka yaşayış məntəqələrinin "Ukrayna işğalından azad edildiyi" barədə məlumat verib. Lakin fakt odur ki, rus təbliğatı öz absurdluğunu və mənasızlığını bir daha sübut etdi”, - deyə Voloşin şərh edib.
 
Ukrayna Silahlı Qüvvələrinin zabiti xatırladıb ki, Luqansk vilayətinin Svatovski rayonunun Artyomovka kəndi hələ 2016-cı ildə Myasojarovka adlandırılıb. Ruslar qəsəbəni həqiqətən ələ keçiribsə, bu ad hesabatlarda görünməlidir.
 
"Qeyd edək ki, bu adı qəsəbə 2016-cı ilə qədər  daşıyırdı. Və nəzərə çatdıraq ki, Myasojarovka Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir!", - deyə Xortitsa qrupunun spikeri vurğulayıb.
 
Daha maraqlısı Xarkov vilayətinin Timkovka kəndinin nəzarətə götürülməsinin xatırlanmasıdır.  Voloşinin sözlərinə görə, bu yaşayış məntəqəsi SSRİ dövründə - hələ 1987-ci ildə mövcudluğunu dayandırıb.
 
Beləliklə, məlum olub ki, rus işğalçıları köhnəlmiş xəritələr üzrə və uzun müddət yoxa çıxmış yaşayış məntəqələrini “azad etməklə” döyüşürlər.
 
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyanın Volçanskayanın “ələ keçirilməsi” və müdafiə istehkamlarının olmaması ilə bağlı saxtakarlıqlarını da təkzib etmişdi.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
16
moderator.az

10Mənbələr