AZ

ABŞ bununla gürcü xalqını təhqir etdi - Kobaxidze

ABŞ-ın "xarici agentlər"lə bağlı tətbiq etdiyi sanksiyalar qeyri-ciddi və təhqiredicidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpasına dair konfransda deyib.

"Bir daha vurğulamaq istərdim ki, sanksiyalar ciddi deyil, lakin qeyri-ciddiliklə yanaşı, sanksiyalar ölkəmiz və xalqımız üçün təhqiramizdir.

Bu, həmçinin tərəfdaşlıq ruhuna uyğun deyil, ona görə də ümid edirəm ki, buna yenidən baxılacaq. ABŞ və Avropa Birliyi ilə münasibətləri dərinləşdirmək bizim maraqlarımıza uyğundur. Həm amerikalı tərəfdaşlar, həm də AB nümayəndələri tərəfindən bu istiqamətdə qarşılıqlı addımlar görmək bizim üçün vacibdir. Bu, gürcü xalqına və gürcü dövlətinə düzgün münasibət olardı. Mən hər kəsi praqmatik addımlar atmağa və xalqımıza düzgün, ədalətli münasibət göstərməyə çağırıram", - deyə İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul olunduqdan sonra ABŞ Gürcüstan rəsmilərinə sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
milli.az

5Mənbələr