AZ

Braziliya Rusiyadan neftin milli valyutalarla ödənilməsi imkanlarını araşdırır

Bakı. Trend:

Braziliya Rusiyadan idxal etdiyi neft və qaz üçün ödənişlərdəmilli valyutalardan istifadə imkanını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə Braziliya xarici işlərnaziri Mauro Vieyra bildirib.

"Braziliya və Rusiya Federasiyası arasında milli valyutalardaödənişlər hələ həyata keçirilməyib, lakin bu imkan araşdırılır.Braziliyaya Rusiya idxalına, Rusiyaya isə bizim mallara görə ödənişetməyə imkan verəcək bu mexanizm hələ də maliyyə naziri iləmüzakirə olunacaq", - deyə nazir qeyd edib.

O əlavə edib ki, beləliklə, Braziliya şirkətləri RusiyaFederasiyasından qaz və neftin ödənişini milli valyuta mexanizmiilə həyata keçirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
az.trend.az

1Mənbələr