AZ

“Fənərbaxça”da ilk ayrılıq - Mourinyo həmin ulduzu heyətdən kənarlaşdırdı

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo yeni mövsüm üçün məşqlərə başlayıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, transfer olunacaq yeni adlarla yanaşı, göndəriləcək futbolçulara da xeyli vaxt sərf edən portuqaliyalı məşqşi ilk olaraq futbolçu Rayan Kenti yeni mövsüm planından kənarlaşdırıb. Təcrübəli məşqçi ingilis futbolçunu ötən mövsüm kluba münasibətini bəyənmədiyi üçün heyətdə düşünmür. Qeyd edək ki, 2023-2024-cü il mövsümünün əvvəlində komandaya qoşulan və çox oynamaq şansı olmayan Rayan Kent sarı-göylərin heyətində 18 matça çıxıb. İngilis futbolçu bu matçlarda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Pulsuz transfer edilən 27 yaşlı Kentin "Fənərbağça" ilə 2027-ci ilə qədər müqaviləsi var. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
186
1
manset.az

10Mənbələr