AZ

Dələduzluqda ittiham olunan FHN əməkdaşına hökm oxundu

Fövqəladə Hallar Nazirliyinin dələduzluqda ittiham edilən Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin rəis köməkçisinə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 21 nömrəli Yanğından mühafizə hissəsinin rəis köməkçisi işləmiş Nahid Həsənov (soyad şərti) iki il sözügedən vəzifədə işlədiyi dövrdə xeyli miqdarda özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etməyə cəhddə ittiham edilib. 

Ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. 

Belə ki, Nahid sözügedən vəzifədə işlədiyi dövrdə Fuad Bayramovu və Rasif Ağasızadəni Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə 4000 manat müqabilində işə düzəldəcəyini vəd edib. Həmin şəxslərə bildirib ki, 5 avqust 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Hospitalında hər ikisi həkim komissiyasından keçəcək və avqustun 10-a qədər əmrləri veriləcək. Bu yolla onlardan pulları alaraq məniməyib. 

Bundan başqa Siyəzən rayon sakini Asif Paşayevi Sumqayıt Regional FHN-də yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verərək, onun yaxınından 4000 min manat alıb. 

Nahid eyni üsuldan istifadə etməklə bir neçə şəxsdən də 6000 və 4270 manat pul alıb.

Məhkəminin qərarı ilə Nahidə 2 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Əhməd
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
qaynarinfo.az

3Mənbələr