AZ

Azərbaycan və Türkiyənin maraqlarının müdafiəsi indi vacib prioritet məsələlərdən biridir



"Ayrı-ayrı beynəlxaq oynçuların regionumuzla bağlı planları, Cənub Qafqazın 2 ölkəsinin faktiki olaraq Rusiya ilə Qərb arasında mübarizə meydanına çevrilməsi region ölkələri olaraq həm Azərbaycanı, həm də Türkiyəni daha diqqətli olmağa və vahid mövqedən çıxış etməyə sövq edir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, Qərbin Cənubi Qafqazda və bunun fonunda Orta Asiyada da möhkəmlənmək istəyi, Rusiyanın isə hər iki regiona təsir imkanlarını əldən verməmək üçün göstərdiyi fəaliyyət fonunda Azərbaycan və Türkiyənin maraqlarının müdafiəsi indi vacib prioritet məsələlərdən biridir:

"Odur ki, bu istiqamətdə davamlı məsləhətləşmələrə ehtiyac var. Bu məsləhətləşmələr fonunda əgər hər hansı strateji regional layihəyə start verilməsinə ehtiyac yaranacaqsa təbii ki, bu istiqamətdə müvafiq addımlar atılacaq. Xüsusilə də Türk Dünyası Təşkilatı çərçivəsində münasibətlərin daha da inkişaf etdirilməsi və Türk dövlərlərinin vahid güc olaraq öz mövqelərinin möhkəmləndirməsi üçün mütəmadi təmasların olması şərtdir".

Yusif Bağırzadə deyib ki, dünya olduqca həssas bir dönəmdən keçir və belə bir dönəmdə istər Ukrayna-Rusiya, istər İsrail–Fələstin münaqişəsi ilə bağlı da iki ölkənin vahid mövqedən çıxış etməsi lazımdır:

"Məhz elə bu səbəbdəndir ki, iki ölkə prezidentinin görüşündən dərhal sonra iki ölkənin xarici işlər nazirləri Ceyhin Bayramov və Haran Fidanla telefon danışıqları, eləcə də prezidentin köməkçisi Hikmət Hacıyevlə Türkiyənin vitse prezidenti arasında da görüşlər keçirildi. Demək ki, tərəflərin müxtəlif məsələlərlə bağlı bundan sonra atılacaq addımları müzakirə etmələrinə ehtiyac yaranıb".

Süleyman
Seçilən
219
newscenter.az

1Mənbələr