Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib.
Ekologiya.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhəri 133 nömrəli tam orta məktəbdə “İnsan hüquqları və ətraf mühit” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Görüş çərçivəsində şagirdlərə hər bir insanın Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə məlumatlar verilib, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanun, bu qanundan irəli gələn hüquq və vəzifələr, o cümlədən ətraf mühitə zərər vurulması ilə bağlı tətbiq olunan cəza tədbirləri izah edilib.
İnteraktiv formatda keçirilən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.