AZ

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

Dünya

Bakı, 12 iyun, AZƏRTAC

Dünya Bankı Azərbaycanda 2024-cü ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə 2,4 faiz iqtisadi artım proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankının iyunun 12-də dərc edilmiş Avropa və Mərkəzi Asiya iqtisadiyyatı üzrə “Özəl sektorun gücünün artırılması” adlı iyun hesabatında deyilir.

Qeyd olunur ki, yanvar ayının proqnozu ilə nisbətdə 2024-2025-ci illərdə ÜDM-nin artım templəri 0,1 faiz bəndi azalıb. Bundan başqa, Dünya Bankının proqnozlarına görə, 2024-2026-cı illərdə Cənubi Qafqaz ölkələrində iqtisadiyyatın artımı təxminən 3,5 faiz səviyyəsində sabitləşir.

 

Seçilən
238
1
azertag.az

2Mənbələr