AZ

Dünyadakı zəlzələlərin Azərbaycana təsiri varmı? - AÇIQLAMA

Azərbaycan, eləcə də qonşu ölkələrdə zəlzələnin olacağı ehtimalı ilə bağlı məlumatlar yayılır. Bu məlumatlar istər-istəməz insanlarda narahatlığa səbəb olur. 

Bəzi ekspertlərin regionda zəlzələlərin olacağı ilə bağlı proqnozları yaranan narahatlğı bir qədər də artırıb. 

AMEA-nın Geologiya və Geofizika İnstitunun şöbə müdiri Qulam Babyev atv-yə bildirib ki, Talış, Şəki, Oğuz, Qəbələ Zaqatala zonaları, Naxçıvan, Gəncə və Xəzər dənizi ətrafı seysmik ocaqlarla zəngindir: "2024-cü ildə tektonik və seysmik aktivlik davam edəcək".

Ekspert əlavə edib ki, bu il zəlzələlərlə yanaşı vulkan püskürmələri olacaq, lakin bunlar hamısı dövrlüklə bağlıdır. 

Seçilən
192
mynews.az

1Mənbələr