AZ

Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi

Türkiyənin Hatay bölgəsinin Defne rayonunda fevralın 6-da baş verən zəlzələdə doğum sancısı çəkən həyat yoldaşını xəstəxanaya çatdıran Cəmil Serçe bir tərəfdən də hüzn yaşadıqlarını bildirib. 

Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cemil Serçe yaşadığı ağrılı anlardan danışıb. 

Bir il öncə Cəmil Serçe zəlzələyə hamilə həyat yoldaşı, qayınanası və qayınatası ilə Defne mahalının Çekmece rayonunda 5 mərtəbəli binada yaxalanıb. 

Ağır ziyan görən binadan ailəsi ilə birlikdə çıxmağı bacaran Serçe, əlaqə saxlaya bilmədiyi üçün həmin rayonun Armutlu Məhəlləsində valideynlərinin yaşadığı binanın qarşısına gedib. 

Binanın dağıldığını görən Serçe anası Semire, atası Əli, qardaşı Cem Serçe, bacısı Seher Alagöz və 2 bacısı uşaqlarını dağıntılar altından çıxarmağa çalışıb. 

Atası, qardaşı, bacısı və bacısı uşaqlarını yaralı halda dağıntılar altından çıxaran Cemil Serçe anasını dağıntılar altından xilas edə bilməyib. 

Həyat yoldaşı Burcu Taş Serçenin doğuş sancıları başladıqdan sonra dağıntılar altından çıxmaq məcburiyyətində qalan Cemil, həyat yoldaşını və yaralı qardaşı Cem Serçeni Mersindəki xəstəxanaya aparıb. 

Cem Serçe əməliyyata aparılarkən,Cemilin hamilə həyat yoldaşı fevralın 7-də oğulları Ali Dənizin dünyaya gəlməsi ilə acı-şirinli sevinc yaşayıb: 

"Bir parçamız doğularkən, digər parçamız öldü. Bir tərəfdən sevindik, digər tərəfdən isə kədərləndik. Baş verənlər hələ dünənki kimi hiss olunur, yenə də eyni qorxunu yaşayırıq. Tez-tez özümüzə "Biz yenidən zəlzələni yaşayacağıqmı?” deyə sual veririk. Necə deyərlər, Allah düşmənimə belə, bu qorxunu yaşatmasın. Biz qiyaməti yaşamışıq. Saat hər dəfə 4.17-ni vuranda qorxudan əsirik. Bilmirəm bu nə vaxt keçəcək. Ümid edirəm ki, bir gün bunun da öhdəsindən gələcəyik”. 

Seçilən
245
mynews.az

1Mənbələr