AZ

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması üzrə imtahanın nəticələri açıqlanıb

Psixoloji-tibbi-pedaqoji

Bakı, 12 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, test imtahanında iştirak edən 94 namizəddən 22-si 30 sualdan 18 və daha çoxunu doğru cavablandıraraq müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb. Test imtahanının nəticələri namizədlərin elektron poçt ünvanlarına göndərilib.

Müsabiqənin müsahibə mərhələsinə iyunun 13-dən start veriləcək.

Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndərilib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri və fərdi səriştələri nəzərə alınacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
azertag.az

4Mənbələr