AZ

“ABŞ Havana limanında Rusiya gəmiləri ilə bağlı vəziyyəti izləyir”

...ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, ABŞ Kubadakı Rusiya hərbi gəmilərini izləyir.

...Biz bunu yaxından izləyirik. Bundan sonra nə olacağını görəcəyik, lakin biz bunu əvvəllər görmüşük, gözləyirik ki, gələcəkdə də görəcəyik.

SİA-nın əldə etdiyi məlumata görə, o, G7 görüşünün planlaşdırıldığı İtaliyaya gedərkən prezidentin təyyarəsi ilə bağlı brifinq zamanı deyib.

...İyunun 11-də məlum olub ki, Rusiya Şimal Donanmasının gəmiləri Atlantik okeanında 600 km-dən çox məsafədə yüksək dəqiqlikli silahlardan istifadə üzrə təlimlər keçirib. ...İyunun 12-də gəmilərdən ibarət dəstə təlimi başa vuraraq Kubanın Havana limanına gəlib.

SİA-nın bir müddət əvvəl də xəbər verdiyi kimi, dəstəyəSovet İttifaqı Donanmasının “Admiral Qorşkov” freqatı, “Kazan” nüvə sualtı raket kreyseri, “Akademik Paşin” orta dəniz tankeri və “Nikolay Çiker” xilasedici yedək gəmisi daxildir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
15
sia.az

10Mənbələr