AZ

Batan gəmidə ölənlərin sayı 80-ə çatdı

Konqo Demokratik Respublikasında batmış qayıqda ən azı 80 sərnişin həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Konqo Prezidenti Feliks Tşisekedi açıqlama verib.

Bildirilir ki, Konqoda Mai-Ndombe əyalətində batan qayıqda olan 271 sərnişindən azə 80 nəfəri ölüb.

Qeyd edək ki, Kva çayı iləMuşie şəhərindən Lebida şəhərinə hərəkət edən qayıq mühərrikində yaranan nasazlıq səbəbindən sahilə çırpılıb və batıb. Təxminən 100 nəfər xilas edilib, itkin düşən 86 nəfərin isə axtarışları davam etdirilir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
teleqraf.com

1Mənbələr