Azərbaycan Mərkəzi Bankı 13 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan KONKRET.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8366 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0526 manat, 1 Rusiya rublu 0.0191 manat olub.