AZ

Rusiyalı deputatın avtomobili qəzaya düşdü - ANBAAN GÖRÜNTÜLƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Dövlət Dumasının deputatı Aleksey Ezubov Moskva vilayətinin Obuşkovo kəndi yaxınlığında qəzaya düşüb.
Deputatın yüksək sürətlə idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıdan gələn "Land Rover" markalı maşınla toqquşub.
Hər iki avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib. Aleksey Ezubova kəllə-beyin travması, beyin silkələnməsi, çoxsaylı qançırlar və sıyrıqlar diaqnozu qoyublar. "Land Rover"i idarə edən Yevgeni Lisisinə də oxşar diaqnoz təyin edilib.
Hadisə şahidlərinin sözlərinə görə, Ezubov spirtli içkinin təsiri altında olub.
Deputatın tibbi müayinəsinin nəticələri hələ ki açıqlanmayıb.
Mənbə: "Baza" "Telegram", "112" "Telegram"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
27
oxu.az

10Mənbələr