AZ

Şirvanda ocaq qalayan kişi özünü yandırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şirvan sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Neftçi küçəsi 17 ünvanında qeydə alınıb.
Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Cəfərqulu Ağacəfər oğlu Gözəlov həyətdə qaladığı ocağa benzin tökərkən alov anidən alışıb.
Yanıq xəsarətləri alan C.Gözəlov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, vəziyyəti nəzərə alınaraq Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
15
oxu.az

9Mənbələr