AZ

Bakıda velosipedlər üçün parklanma məntəqələri müəyyən edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.
Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metronun stansiyalarının qarşısında, ticarət mərkəzlərində, Bakı bulvarı ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
18
oxu.az

10Mənbələr