AZ

Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsinə dəstək məqsədilə simulyativ imtahan keçiriləcək

Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsinə dəstək məqsədilə simulyativ imtahan keçiriləcək.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Biləsuvarda Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə keçirilməsi nəzərdə tutulan diaqnostik qiymətləndirməyə dair görüşdə məlumat verilib.

Görüşdə idarəyə daxil olan rayonların təhsil sektorlarının müdirləri, məktəbəqədər təhsil müəssisəsilərinin rəhbərləri və metodist müəllimlər iştirak ediblər.

Maarifləndirici görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin əməkdaşı Hüseyn Hüseynov diaqnostik qiymətləndirmənin məqsədi, çərçivə sənədi və digər texniki məsələlər haqqında ətraflı məlumat verərək, ona ünvanlanmış sualları cavablandırıb.

Görüşdə diaqnostik qiymətləndirilməsi nəzərdə tutulan pedaqoji heyətə dəstək məqsədilə simulyativ imtahanın keçiriləcəyi qeyd olunub.

Seçilən
130
missiya.az

1Mənbələr