AZ

Bəhruz Əzimov: Bu günədək 36 min 411 tələbə təhsil krediti alıb

Bəhruz

Bakı, 13 iyun, AZƏRTAC

Bu günə qədər 46 mindən çox tələbə kredit almaq üçün müraciət edib.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Təhsil TV-də yayımlanan "Təhsil Masası"nda deyib. O bildirib ki, ümumilikdə 36 min 411 tələbə təhsil kreditindən yararlanıb. Bəhruz Əzimov təhsil krediti müraciətlərinin 80 faizinin rəsmiləşdirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2023-2024-cü tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi iyunun 21-dək uzadılıb.

Təhsil tələbə kreditlərindən yararlanmaq istəyənlər e-ttkf.edu.az portalına daxil olaraq öz müraciətlərini rəsmiləşdirə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
azertag.az

9Mənbələr