AZ

Millətlər Liqası: Türkiyə yığması növbəti qələbəsini qazanıb

Millətlər

Bakı, 13 iyun, AZƏRTAC

Qadın voleybolçular arasında Millətlər Liqasının oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisi Honkonqda Dominikan Respublikasının yığması ilə üz-üzə gəlib. Görüş “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Daniele Santarellinin başçılıq etdiyi komanda turnirin qrup mərhələsində 8-ci qələbəsini əldə edib.

Komanda növbəti oyununu iyunun 15-də Çin seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, ilk “səkkizlik”də yer alan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
azertag.az

1Mənbələr