AZ

Azərbaycanda 3 ölkəyə pulköçürmələri kəskin artıb

2024-cü ilin birinci rübündə xarici ölkələrdə olan fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri 294,42 milyon dollar təşkil edib.

Tribunainfo.az  Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən  xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 34,8 faiz azdır.

Birinci rübdə ən çox köçürmə həmişə olduğu kimi, Rusiyadan həyata keçirilib – 155,376 milyon dollar. Fiziki şəxslər tərəfindən bütün köçürmələrin 52,8 faizini təşkil edən bu köçürmələr illik ifadədə 2 dəfə azalıb.

Pulköçürmələrində ikinci yerdə 39,92 milyon dollarla  Türkiyə (artım 22,3 faiz), üçüncü yerdə ABŞ – 14,415 milyon dollar (azalma 9 faiz), daha sonra Gürcüstan – 9,26 milyon dollar (artım 1,5 dəfə) və Böyük Britaniya – 8,282 milyon dollar (10 faiz azalma) gəlir.

AMB-nin məlumatına görə, birinci rübdə Azərbaycandan xaricə pul köçürmələri 0,7 faiz azalaraq 131,485 milyon dollar təşkil edib. Rüb ərzində ən çox  pul Türkiyəyə 38,631 milyon dollar (artım 13,1 faiz)göndərilib. Rusiyaya 16,191 milyon dollar (azalma 18,6 faiz), Gürcüstana 14,645 milyon dollar (artım 14,6 faiz), ABŞ-a 13,997 milyon dollar (artım 10,1 faiz) və Böyük Britaniyaya 6,824 milyon dollar (artım 13,1 faiz) pul göndərilib.

Seçilən
67
1
tribunainfo.az

2Mənbələr