AZ

Rusiyadan bir gün sonra ABŞ-a məxsus sualtı qayıq da Kuba sahillərinə yaxınlaşıb

Rusiyadan

Vaşinqton, 14 iyun, AZƏRTAC

Rusiyaya məxsus hərbi gəmilər Kuba sahillərində hərbi təlimlərə başladıqdan bir gün sonra ABŞ-ın nüvə enerjisi ilə işləyən sürətli sualtı qayığı Kubanın Guantanamo limanında hərbi bazaya daxil olub.

AZƏRTAC-ın məlumatına görə, ABŞ Cənub Komandanlığının məlumatına əsasən, sualtı qayıq ümumiyyətlə, Cənub Komandanlığının nəzarətində olan bölgəyə yola çıxdığı üçün bu dayanacaq mütəmadi səfərin bir hissəsidir. Bildirilir ki, bununla yanaşı, ABŞ gəmiləri Rusiya təlimlərini izləyir və monitorinq edirlər.

Ötən gün Pentaqon rəsmisi təlimlərin ABŞ üçün heç bir təhlükə təşkil etmədiyini açıqlayıb. “Bu, təəccüblü deyil. Biz onların bu cür liman səfərlərini əvvəllər də görmüşük. Biz əlbəttə ki, bunu ciddiyə alırıq, lakin təlim ABŞ üçün heç bir təhdid təşkil etmir”, - deyə Pentaqonun sözçüsü Sabrina Sinx deyib.

Qeyd edək ki, Rusiya məxsus freqat, sualtı nüvə qayığı, neft tankeri və xilasedici gəmi Karib dənizində Kubanın Havana limanında hərbi təlimlərə başlayıb. Təlimlərin keçirildiyi liman ABŞ-ın Florida ştatından 90 km uzaqlıqda yerləşir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
azertag.az

2Mənbələr