AZ

"MUĞAN VADİSİ"NDƏN BAŞLAYAN GƏLƏCƏK - BUNDAN XƏBƏRİNİZ VARDIMI? FOTOLAR

Muğan Rəqəmsal Vadisinin ilk məzun günü keçirildi - deputatın açıqlaması

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sabirabad rayonunda başladığımız “Technest” təhsil proqramı çərçivəsində 60 şəxs məzun oldu və onlardan ən azı yarısı İKT sahəsində işlə təmin ediləcək. Layihənin formatı belədir".

Bu sözlər millət vəkili Kamal Cəfərovun Musavat.com-a verdiyi açıqlamadan götürülüb.

Untitled

Millət vəkili müxbirimizə deyib ki, artıq növbəti mərhələ üçün 80 şəxs seçilib və 3 istiqamət üzrə "Help Desk", "Qrafik Dizayn" və "İT Foundations" istiqamətləri üzrə təlimlərə başlanılıb. Oktyabr ayından isə növbəti mərhələ başlayacaq və ən azı 100 nəfəri əhatə edəcək".

K.Cəfərov çox mühüm bir detalı da açıqladı: "Bu gənclər təkcə təqaüd proqramında iştirak etmirlər, həm də gələcək həyatlarını qururlar, Azərbaycanın gələcək inkişafına töhfə verirlər.

Çünki bu fəaliyyətimiz Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 14 fevral tarixində andiçmə mərasimində açıqladığı və milli hədəf kimi qarşımıza qoyduğu texnoloji inkişaf sahəsindəki kadr hazırlığı ilə bağlıdır. Cənab Prezident qeyd etmişdi ki, dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar".

Millət vəkili deyir ki, Sabirabad rayonunda fəaliyyətə başlayan Muğan Rəqəmsal Vadisi də məhz Cənab Prezident İlham Əliyevin irəli sürdüyü formul əsasında qurulub.

K.Cəfərov: "Rəqəmsal və İnkişaf Nazirliyinin proaktiv dəstəyi, Techspace Azərbaycan şirkətinin səmərəli fəaliyyəti və rayon ictimaiyyətinin bu çağırışa çevik cavabı bu istiqamətdə həyata keçirilən dövlət siyasətin uğurunu şərtləndirir.

Məzun günündə iştirak edən şəxslər bu təqaüd proqramının həm şəxsi inkişaf, həm də məşğulluğun təmin edilməsi istiqamətində böyük dəstək olduğunu bildirdilər. Region gəncləri Muğan Rəqəmsal Vadisində keçirilən təlimlərin sayının artırılması və layihənin davamlılığının təmin edilməsi ilə bağlı arzularını çatdırdılar".

Musavat.com

Mənbə: musavat.com

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
musavat.com

1Mənbələr