AZ

Dünya Bankının 3 illik proqnozu

Azərbaycanda iqtisadi artımın əsas sütunu qeyri-neft mənbələri olacaq

Dünya Bankı (DB) iyunun 12-də dərc edilmiş “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozları yeniləyib. Sənəddə qeyd edilir ki, 2024-2026-cı illərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı ümidverici proqnozlar qorunub saxlanılacaq, ümumi daxili məhsul (ÜDM) istehsalı cari ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə iqtisadi artımın 2,4 faiz artacağı proqnozlaşdırılır.

DB-nin şərhinə əsasən, 2024-cü ildə qlobal geosiyasi proseslərin, Rusiya-Ukrayna müharibəsinin, eləcə də Yaxın Şərqdə davam edən gərginliyin fonunda beynəlxalq enerji bazarlarında enerji daşıyıcılarının qiymət sabitliyinin pozulması gözləniləndir, ancaq buna baxmayaraq  neftin qiymətində kəskin enişlərin baş verəcəyi gözlənilmir, orta bazar qiymətinin 80 dollar olacağı ehtimal olunur. Bu isə neft ixrac edən ölkələrin iqtisadiyyatındakı maliyyə gəlirlərini və fiskal sabitliyi dayanıqlı şəkildə saxlayacaq.

Azərbaycan iqtisadiyyatı üçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son illərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr  iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir. Qeyd edək ki,  2024-cü ilin yanvar-may aylarında ölkəmizdə ÜDM istehsalı 4,2 faiz artıb, qeyri- neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz təşkil edib. ÜDM-in nominal artımı neft-qaz sahələrindəki əlavə dəyəri 2 dəfə üstələyib. Bu isə Azərbaycanıda əlavə dəyərin baza sütununun enerji sektoruna deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini təsdiqləyir.

Qeyri-neft tsektorunun artmasında əsas amillər biznes sektorunun fəallığımnın yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır

Yeri gəlmişkən, hazırda Azərbaycanda ÜDM-in 4,2 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini sübut edir.

Bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də qlobal iqtisadi?yat barədə ilkin proqnozlarını irəli sürərkən 2024-cü ildə qlobal iqtisadi artımın zəifləyəcəyinə diqqət çəkib. Xüsusilə də Avrozonada risklərin daha çox gözlənilən olduğuna diqqət çəkən agentlik Azərbaycanun sabit iqtisadi inkişafının qorunub saxlanılacağına dair nikbin proqnozlar verib. Qurumun yaxın dövr üzrə rəyinə əsasən, Azərbaycanın dayanıqlı maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmaqda davam edir.

Qeyd edək ki, digər maliyyə institutları və Dünya Bankının proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür. Ölkəmizin iqtisadi blokunun yaxın və ortamüddətli dövr üzrə proqnozlarına əsasən, qeyri-neft ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacaq və real artım tempi 4,5 faiz intervalında olacaq. ÜDM-də qeyri-neft sektorunun payı 2024-cü ildə 71,1 faiz, neft-qazın payı isə 28,9 faiz təşkil edəcək.

2027-ci ildə neft-qaz sektorunun ümumi iqtisadi artımda payı daha da azalacaq və artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaqdır. Belə ki, 2027-ci ildə qeyri-neft ÜDM-i 78,7 faiz, neft sektorunun payı isə cəmi 21,3 faiz təşkil edəcək.

Beynəlxalq maliyyə institutlarının orta müddətli proqnozlarında Azərbaycanın qeyri-neft gəlirlərinin yeni bir mənbəyi olan azad edilmiş ərazilərdəki iqtisadi potensial nəzərə alınmadığından ÜDM-in artımında həmin resursların payı da öz əksini tapmır. Ancaq halbuki həmin mənbələrin də əlavə dəyərdəki payını nəzərə alsaq, yaxın 4-5 ildə Azərbaycanın, ümumilikdə, artım proqnozu 5 faizi ötmüş olacaq. Belə ki, hazırda işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində icra olunan layihələrin bir müddət sonra yeni əlavə dəyər yaradacağı istisna deyil. Belə ki, bu bölgədə əsası qoyulmuş və fəaliyyətə başlamış aqroparklar və sənaye texnoparkları, eləcə də zəngin iqtisadi potensialı olan Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər, və Füzuli rayonlarındakı aqrar və turizm müəssisələrinin iqtisadi gəlirliliyi tez bir zamanda özünü göstərəcək. Yaxın perspektivdə bu bölgədə ən azı 232 min hektar sahədə əkinlərin olacağı proqnozlaşdırılır ki, bu da ölkə üzrə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının təxminən 12-15 faiz artımına səbəb olacaqdır. Bu isə iqtisadiyyata reinteqrasiyanın təmin edilməsi fonunda ÜDM-in nominal dəyərini də artıracaq.

E.CƏFƏRLİ

Seçilən
109
yeniazerbaycan.com

1Mənbələr