AZ

Üzərində "süd yağı əvəzedicisi" yazılan ağartı məhsullarından uzaq durun - XƏBƏRDARLIQ

Sağlam qidalanmaq istəyirsinizsə, məhsul alarkən tərkibinə diqqət yetirin. İndiki dövrdə xüsusilə də süd məhsulu alırıqsa, onun həqiqətən süddən hazırlanıb-hazırlanmadığı sual altındadır. Belə ki, istər böyük, istərsə də kiçik mağazalarda süd məhsulları bölməsinə yaxınlaşıb məhsulların üzərini oxusanız, bəlkə də 70-80 faizində "süd yağı əvəzedicisi" yazısına rast gələcəksiniz. Maraqlıdır, kəsmik, xama, qaymaq və s. kimi süddən hazırlandığını zənn etdiyimiz məhsulların tərkibinə vurulan "süd yağı əvəzedicisi" nədir? Ümumiyyətlə, bu qədər geniş istifadə olunmasında məqsəd nədir? Sağlamlığımız üçün zərərləri nələrdir? Bu cür məhsullar təbii süddə olan vitaminləri orqanizmimiz üçün təmin edə bilərmi?E-saglam.az olaraq suallarımızı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovaya ünvanladıq.M.Hüseynova E-saglam.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə insanlar süd və süd məhsulları alarkən südün tərkibindəki faydaların müsbət təsirləri üçün istifadə edirlər ki, bu da südün tərkibinin həm bioloji dəyərinin zəngin olması, eləcə də bir çox vitaminlərlə zəngin olması ilə əlaqəlidir:"Südün, xüsusilə A, B, D, C, E qrup vitaminləri, eləcə də əsas elementlərdən olan kalsium, maqnezium, natrium, kalium, ferrum, mis, sink və bir çox elementlərlə zəngin olması onun insan orqanizminə faydalı olmasına və inkişafına kömək olur. Süd məhsulları 20-25 yaşa qədər insan orqanizmində düzgün inkişafın getməsində əsas rol oynayan qida vasitələrindən biridir. Lakin bu gün süd və süd məhsulları alarkən insanlar onun həqiqətən süddən hazırlanıb-hazırlanmadığı haqqında məlumatsız olurlar".Sağlam Qidalanma mütəxəssisi qeyd edib ki, keyfiyyətli süd məhsulu seçmək istəyirsinizsə, onun tərkibinə baxın:"Təbii inək südündən hazırlanan hissəsi, ən azı məhsulun tərkibininin 70 faizə qədərini təşkil etməlidir. Digər 30 faizə qədərini isə köməkçi maddələr təşkil edə bilər. Əgər üzərində "süd yağı əvəzedicisi" yazılırsa bu o deməkdir ki, bu məhsullar heç də təbii süddən söhbət gedə bilməz. "Süd yağı əvəzedicisi"ndən istifadə olunaraq hazırlanıb. "Süd yağı əvəzedicisi" daha çox bitki yağından əldə olunduğuna görə ucuz başa gəlir. Gec xarab olduğu üçün bəzən məhsullarda bundan istifadə olunur.Əgər südün faydalarından istifadə etmək üçün deyil, aralıqlı vaxtlarla bu kimi məhsullardan istifadə edilirsə, bu o qədər də zərərli olmaya bilər. Amma südün vitaminlərindən faydalanmaq istəyən şəxs bunun əvəzinə, "süd yağı əvəzedicisi" olan məhsul alırsa, insan orqanizminə yetəri qədər vitamin və minerallar gəlməyəcək. Çünki bu, bitki yağından müəyyən emal prossesi keçərək alındığına görə burada südün tərkibindəki elementlər olmur".Qida eksperti vurğulayıb ki, bəzən istehlakçıları aldatmaq üçün üzərində süd, inək olan şəkillərdən və böyük şriftlərlə adlardan istifadə olunur: "Əgər üzərində "süd yağı əvəzedicisi" yazılırsa, bu cür məhsullar heç bir süd məhsulunun yerini verə bilməz. Əksinə bir çox insanlarda allergiyaya səbəb ola, eyni zamanda həzm problemlərinə gətirib çıxara bilər. Ona görə də mütləq şəkildə məhsulu seçərkən istehlakçılar diqqətli olmalı, düzgün məhsul seçməlidirlər. Çünki hər hansı bir əvəzedicisi onun təbii olanının yerini tuta bilməz".

Seçilən
175
50
baku.news

10Mənbələr