AZ

Dünyada interneti yükləmə sürətinə görə lider regionlar

Yazını böyüt
Yazını kiçilt

Dünya Bankının Rəqəmsal Tərəqqi və Trendlər 2023 hesabatına əsaslanan yeni statistika dünyanın ən sürətli onlayn yükləmə sürətinə malik regionlarını ortaya qoyur.

Hafta.az-ın yazdığına görə, bu statistikanı stasionar (ev) internet və mobil internet üzərindən fayl yükləmə sürətinin ən yüksək olduğu regionları müəyyən edən “Visual Capitalist” saytı məlumat yayıb. Bu bölgələr və onların yükləmə sürətləri bunlardır:

Şərqi Asiya və Sakit Okean:

Şərqi Asiya və Sakit Okean hövzəsi keçən il ən sürətli onlayn yükləmə sürətinə malik regionlardan biri kimi seçildi. Regionda mobil internet vasitəsilə orta yükləmə sürəti saniyədə 90 meqabayt, stasionar internet üzərindən isə saniyədə 171 meqabayt təşkil edib.

Avropa və Mərkəzi Asiya:

Avropa və Mərkəzi Asiya regionunda mobil internet üzərindən orta yükləmə sürəti saniyədə 44 meqabayt, sabit internet üzərindən isə saniyədə 85 meqabayt olub.

Latın Amerikası və Karib adaları:

Latın Amerikası və Karib dənizi adalarında mobil internet üzərindən orta yükləmə sürəti saniyədə 26 meqabayt, sabit internet üzərində isə saniyədə 74 meqabayt olaraq bildirilmişdir.

Yaxın Şərq və Şimali Afrika:

Yaxın Şərq və Şimali Afrika regionunda həm mobil, həm də sabit internet üzərindən orta yükləmə sürətinin saniyədə 36 meqabayt olduğu müəyyən edilib.

Şimali Amerika:

Şimali Amerika yüksək internet sürəti ilə seçilir. Regionda mobil internet üzərindən orta yükləmə sürəti saniyədə 83 meqabayt, stasionar internet üzərindən isə saniyədə 193 meqabayt təşkil edib.

Cənub Asiya:

Cənubi Asiyada mobil internet üzərindən orta yükləmə sürəti saniyədə 27 meqabayt, sabit internet üzərindən isə saniyədə 43 meqabayt olub.

Sub-Sahara Afrikası:

Sub-Sahara Afrika regionunda mobil internet üzərindən orta yükləmə sürəti saniyədə 16 meqabayt, sabit internet üzərində isə saniyədə 15 meqabayt təşkil edir.

Bu məlumatlar internet sürətlərinin regionlara görə necə fərqləndiyini və hansı bölgələrin daha sürətli internetə malik olduğunu göstərir.

Seçilən
108
hafta.az

1Mənbələr