AZ

“Coca-Cola” ticarət nişanlarının Rusiyada yenidən qeydiyyatı üçün müraciət edib

2022-ci ildə “Coca-Cola”, “Sprite ” və “Fanta” brendlərini Rusiya bazarından çıxaran Amerikanın sərinləşdirici içki istehsalçısı “The Coca-Cola Company” aprel ayında eyniadlı əmtəə nişanlarının qeydiyyatı üçün Əqli Mülkiyyət üzrə Federal Xidmətə (Rospatent) üç ərizə təqdim edib. 

Marja.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Ərizələr malların və xidmətlərin beynəlxalq təsnifatının 32-ci və 33-cü siniflərinə aiddir - sərinləşdirici və alkoqollu içkilər, qazlı su və s.

"Enterprise Legal Solutions" hüquq firmasının idarəedici partnyoru Yuri Fedyukin qeyd edib ki, bu hərəkət “Rusiyada bu ticarət nişanlarına olan hüquqların qorunması istəyidir”. Rusiyanın qanunvericiliyinə görə, ticarət nişanı üç il ərzində istifadə edilmədikdə, onlar ləğv edilə bilər.

Seçilən
172
marja.az

1Mənbələr