AZ

Qazaxıstan şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Qazaxıstanda şəkərin ixracına müvəqqəti qadağa 2024-cü il iyunun 14-dən qüvvəyə minib.

Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

“Qazaxıstandan şəkərin ixracına müvəqqəti qadağa 2024-cü il avqustun 31-dək davam edəcək. Bu, şəkərin respublika ərazisindən beynəlxalq tranzitinə, həmçinin bu məhsulların Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında daşınmasına şamil edilmir”, – məlumatda qeyd edilib.

Bildirilib ki, müvəqqəti məhdudiyyətlərin tətbiqi barədə qərar yay aylarında Qazaxıstanda həm əhali, həm də sənaye istehlakçıları tərəfindən şəkərə daxili tələbatın artması nəzərə alınaraq qəbul edilib.

Məlumata görə, ümumilikdə ölkədə mövcud olan şəkər ehtiyatı yeni şəkər çuğunduru yığımına qədər şəkərə olan tələbatı ödəməyə kifayət edir.

Seçilən
135
49
banker.az

10Mənbələr