AZ

Polşa qırıcıları həyəcan siqnalı ilə havaya qaldırıldı

Polşa Hərbi Hava Qüvvələri Rusiya Aerokosmik Qüvvələrinin Qərbi Ukraynadakı fəaliyyəti ilə əlaqədar döyüş təyyarələrini havaya qaldırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb .

“Ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artması müşahidə oluna bilər ki, bu da Polşa və müttəfiq təyyarələrin hava məkanımızda işə başlaması ilə bağlıdır. Bu, Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının müşahidə olunan fəaliyyəti ilə əlaqədar Polşanın bütün hava hücumundan müdafiə sistemi üçün daha bir çox gərgin gecədir”, - Polşa Hərbi Hava Qüvvələri bildirib.

Polşa aviasiyasına sonuncu dəfə çərşənbə günü, iyunun 12-də əmr verilib.

publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
hurriyyet.az

1Mənbələr