AZ

Dilan və Enginlə bağlı yeni qərar: Kimlər azad edildilər?

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbsdə olan məşhur türkiyəli sosial şəbəkə fenomenləri Dilan və Engin Polat cütlüyünün məhkəmə işi ilə bağlı hökm çıxarılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Dilan Polatın bacısı Sinem Sıla Doğunun vəkili Sibel Bozkulak "Instagram" hesabında paylaşım edib.

"Sinem Sıla Doğu ilə bağlı azadlığa buraxılma qərarı verilib", - deyə o paylaşımda bildirib.

Məhkəmə Engin Polatın atası Sezgin Polatın, əmisi Ahmet Gün və qardaşı Alper Kürşat Polatın həbsinin davam etdirilməsinə, lakin Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğunun barələrində həbs qətimkan tədbiri seçilmədən mühakimə olunmalarına qərar verib.

Başqa bir məhkəmə işi üzrə həbs qərarı olmayan Sıla Doğu və Can Doğu azadlığa buraxılıblar.

Həbsdən çıxan Sinem Sıla Doğunu ailə üzvləri qarşılayıblar. O, həbsxananın qarşısında "Dilan" deyə qışqıraraq ağlamağa başlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
132
3
milli.az

4Mənbələr