AZ

Putindən atəşkəs təklifi: şərtlərini açıqladı

Rusiya prezidenti Vladimir Putin Kiyev administrasiyasını müharibəni dayandırmağa çağırıb.

Bakupost.az xəbər verir ki, Moskva administrasiyası Ukrayna müharibəsini dayandırmaq üçün şərtlərini açıqlayıb.

Putin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüş keçirib. O, davam edən münaqişələrlə bağlı mühüm mesajlar verib.

O, Ukraynaya hücumları dayandırmaq üçün iki şərt irəli sürüb.

Rusiya lideri bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarsa və NATO-ya üzv olmaq istəyindən əl çəkərsə, danışıqlara başlaya bilərlər.


“İsveçrədəki konfransa dəvət edilmədik”, detən Putin bildirib:

“Rusiyasız, bizimlə açıq və məsuliyyətli bir dialoq qurmadan Ukrayna və Avropa təhlükəsizliyinin həllini tapmaq mümkün deyil”.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrədə Ukrayna Sülh Konfransı keçiriləcək. Müharibənin tərəflərindən olan Rusiya konfransa dəvət olunanlar arasında yoxdur.

Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
bakupost.az

1Mənbələr