AZ

"Çempionatın ən çox bəyənilən və ən çox izlənən komandası olacağıq"

Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bak Avropa Çempionatında mübarizə aparacaq Türkiyə milli komandası haqda danışıb. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, nazir AVRO-2024-də yarışacaq yığma haqda xoş sözlər deyib:  

\"Çox gənc komandamız var. Motivasiya yüksək səviyyədədir. Düşünürəm ki, çempionatın ən çox bəyənilən və ən çox izlənən komandası olacağıq\". 

Nazir daha sonra Avropada yaşayan türkləri yığma komandaya dəstək verməyə çağırıb:
 
\"Avropada yaşayan həmyerlilərimizi və Türkiyədən gələn vətəndaşlarımızın sıx dəstəyi ilə qrup oyunlarının keçiriləcəyi Dortmund və Hamburqda öz meydanımızda kimi oynayacağıq. Bu, bizim üçün böyük bir üstünlükdür. Əminəm ki, futbolçularımız yaxşı nəticə göstərəcək. Bu vəziyyətdən ən yaxşı şəkildə istifadə edən komandamızın AVRO 2024-də Almaniyada uğurlu nəticələr əldə edəcəyinə inanıram\".
 
Məryəm 
Seçilən
114
azxeber.com

1Mənbələr