AZ

“Beynəlxalq hüquqa təhqirdir” - Kiyev Putinin “sülh təklifinə” cavab verdi

“Rusiyadan yeni “sülh təklifləri” daxil olmayıb. ...Putin yalnız bir neçə dəfə eşidilən “təcavüzkarların standart (tələb) toplusu”nu səsləndirdi. Onun məzmunu kifayət qədər spesifikdir, beynəlxalq hüquqa qarşı çox təhqiramizdir və Rusiyanın indiki rəhbərliyinin reallıqları adekvat qiymətləndirə bilməməsini göstərir”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bəyan edib.

Podolyakın sözlərinə görə, Putinin təklifləri belə səslənir: “Ərazilərinizi bizə verin”, “suverenliyinizdən və subyektivliyinizdən əl çəkin”, “özünüzü müdafiəsiz buraxın (ittifaqlara girməyin)”, “bütün sanksiyaları (Qərb dövlətləri ilə birlikdə) tam və dərhal qaldırın ki, biz də öz müharibə iqtisadiyyatımızı doldura bilək... Əlbəttə, burada heç bir yenilik, real sülh təklifləri və müharibəni bitirmək istəyi yoxdur. Odur ki, bir daha illüziyalardan qurtulun və sağlam düşüncəni təhqir edən “Rusiyanın təkliflərini” ciddi qəbul etməyi dayandırın”.

Xatırladaq ki, Vladimir Putin iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi qarşısında çıxış edərkən bildirib ki, Rusiya Federasiyası bir neçə şərt yerinə yetirildiyi təqdirdə Ukraynada hərbi əməliyyatları dayandırmağa hazırdır. Həmin şərtlərə görə, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri ərazisindən öz qoşunlarının tam çıxarılmasına başlamalı, həmçinin NATO-ya daxil olmaq planlarından imtina etdiyini rəsmən bəyan etməlidir. Bundan əlavə, Ukrayna Krım, Sevastopol, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının subyekti statusunu tanımalı, Qərb isə Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir.

“AzPolitika.info”

Seçilən
184
azpolitika.info

1Mənbələr