AZ

Zelenskinin Ofisidən Putinin təklifinəCAVAB

Rusiya Prezidenti Vladimir Putinin sülh təşəbbüsü reallıqdan tamamilə uzaqdır.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “X” hesabında yazıb.

“Rusiyadan yeni sülh təklifləri yoxdur. Vladimir Putin daha əvvəl də eşitdiyimiz fikirləri səsləndirib. Onun açıqlaması beynəlxalq hüququn pozulması ilə yanaşı, həm də Rusiya rəhbərliyinin reallıqları adekvat qiymətləndirmək iqtidarında olmadığını göstərir. Bu təkliflərdə nə yenilik, nə real sülh təklifləri, nə də müharibəni başa çatdırmaq istəyi var”, – o qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi də Rusiya Prezidenti Vladimir Putinin çıxışına münasibət bildirib. Bununla bağlı Ukrayna XİN-in yaydığı bəyanatda deyilir ki, "Putin beynəlxalq ictimaiyyəti çaşdırmaq, ədalətli sülhə nail olmaq üçün diplomatik səylərə zərbə vurmaq və dünya ölkələrinin BMT Nizamnaməsinin məqsəd və prinsipləri ətrafında birliyini pozmaq məqsədi daşıyan növbəti manipulyasiya xarakterli bəyanatlar verib”.

“İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük silahlı təcavüzü ortaqları ilə birlikdə planlaşdıran, hazırlayan və həyata keçirən Putinin özünü sülhməramlı kimi təqdim etməsi və başladığı müharibənin sona çatması üçün xalqı sarsıdan variantlar irəli sürməsi absurddur", - Ukrayna XİN-dən bildirilib.

Qeyd olunub ki, bu ultimatumlar daha əvvəldə də səsləndirilib: "İsveçrədə keçirilən ilk Qlobal Sülh Sammiti ərəfəsində informasiya məkanına belə siqnallar atmaqla Putin yalnız bir məqsəd güdür: liderlərin və ölkələrin bu sammitdə iştirakının qarşısını almaq”.

Bəyanatda o da bildirilib ki, “Rusiyanın planları sülh deyil, müharibənin davam etdirilməsi, Ukraynanın işğalı, Ukrayna xalqının məhv edilməsi, Avropada təcavüzün davam etdirilməsidir”: “Ukrayna heç vaxt bu müharibəni istəməyib və bəlkə də dünyanın heç bir ölkəsi Ukrayna qədər onun bitməsini istəmir. Lakin bir ölkənin səyləri Rusiyanı təcavüzünü dayandırmağa məcbur etmək üçün kifayət etmir. Bizə Sülh Formulasına və BMT Nizamnaməsinə əsaslanan ədalətli sülh prinsiplərini bölüşən dövlətlərin güclü və effektiv beynəlxalq koalisiyasına ehtiyacımız var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
xezerxeber.az

9Mənbələr