Aİ-nin Ermənistandakı Monitorinq Missiyası Azərbaycanla sərhəddə hər hansı qeyri-adi hərəkət və ya insident qeydə almayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəsmi “X” hesabında məlumat verilib.
"Missiya Azərbaycanla sərhədin Ermənistan tərəfində gündəlik patrul xidmətini davam etdirir. Missiya müşahidəçiləri hər hansı qeyri-adi hərəkət və ya insident müşahidə etməyiblər", - deyə paylaşımda qeyd edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta