AZ

Ukrayna Rusiyanın qırıcıları yerləşən aviabazaya 70-dən çox dronla zərbə endirdi...-FOTO

 
Peyk görüntüləri Ukrayna pilotsuz təyyarələrinin aerodroma böyük zərbə endirdiyini təsdiqləyir.
 
Rusiyanın Rostov vilayətinin Morozovsk şəhəri yaxınlığındakı aerodrom yenidən hücuma məruz qalacaq.  BKİ hər hansı bir təyyarənin məhv edilib-edilməməsi barədə məlumat gözləyir.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(BKİ) rəisi Kirill Budanov “Müharibə zonası” layihəsinə şərh verərkən deyib.
 
Budanovun sözlərinə görə, əməliyyat Ukrayna ərazisindən başlayıb və azı 70, bəlkə də daha çox Ukrayna "Dragon" və "Splash" pilotsuz təyyarələri aerodromu vurub.
 
“Biz hər hansı bir təyyarənin məhv edilib-edilməməsi ilə bağlı məlumat gözləyirik”, - Budanov bildirib.
 
Baş Kəşfiyyat İdarəsinin rəisi Ukrayna qüvvələrinin Morozovsk aerodromuna növbəti hava hücumu planlaşdırması ilə bağlı suala da “bəli” cavabını verib.
 
"The War Zone" tərəfindən əldə edilən peyk görüntüləri Rusiyanın dərinliklərində yerləşən aviabazaya hücum edildiyini təsdiqləyir.
 
"Planet Labs"dan alınan görüntülər texnikiperronda yerləşən anqarın örtüyünün zədələndiyini, içərisində iki Su-34 qırıcı-bombardmançısının göründüyünü göstərir.
 
Xatırladaq ki, iyunun 14-nə keçən gecə hadisə şahidləri sosial şəbəkələrdə Rusiya Federasiyasının Rostov vilayətinin Morozovsk şəhəri yaxınlığındakı aerodromda partlayışlar olması barədə məlumat yayıblar. 559-cu Qvardiya bombardmançı aviasiya alayı (Rusiya Müdafiə Nazirliyinin 75392 saylı hərbi hissəsi) bu aviabazada dislokasiya olunub və Ukraynaya hücum edən "Su-34" və Su-"24" təyyarələi burada yerləşir.
 
Xatırladaq ki,  aprelin 5-də də Morozovsk hərbi aerodromuna kütləvi  dron hücumu edilmiş nəticəsində Rusiyanın 6 hərbi təyyarəsi məhv edilmiş, 8 təyyarəsi ciddi şəkildə zədələnmiş, 20 rus əsgəri ölüb və ya yaralanmışdı.
 
 
S. Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
moderator.az

2Mənbələr