AZ

Hipotiroidizmin diaqnozu sadə qan testi ilə müəyyən edilir

Həkim-endokrinoloq Fərhad Burzu Aztibb.az-a çox yayılmış, lakin bəzən diqqətdən qaçan tiroid problemi olan hipotiroidizm barədə məlumat verib.
 
Fərhad Burzu bildirib ki, tiroid vəzinin kifayət qədər hormon istehsal etmədiyi bu vəziyyət, həyat keyfiyyətinə ciddi şəkildə təsir edir.
 
O, hipotiroidizmin əsas əlamətlərini sadalayıb. Qeyd edib ki, buna xroniki yorğunluq, çəki artımı, soyuğa qarşı həssaslıq, dəri və saç problemləri, qəbizlik, əhval-ruhiyyə dəyişiklikləri, depressiyaya meyillilik, ürəkdöyünmələri daxildir.
 
Endokrinoloqun sözlərinə görə, hipotiroidizmin diaqnozu sadə bir qan testi ilə müəyyən edilir. Həkim tiroid funksional testlərini yoxlayır. Əgər hipotiroidizm diaqnozu qoyulursa, dərhal müalicəyə başlamaq vacibdir: "Dərman dozası fərdi olaraq təyin edilir və müntəzəm olaraq həkim nəzarətində saxlanılmalıdır. Nəzərdə saxlamaq lazımdır ki, hipotiroidizm bir çox tiroid xəstəlikləri, qeyri-tiroid xəstəlikləri, dərman preparatları (bəzi qrup sakitləşdiricilər, qida əlavələri, antitiroid preparatlar və.s) səbəbi ilə meydana çıxa bilər. Bunun üçün sadəcə hormon defisitini yox, pasiyentin diaqnozunu müəyyənləşdirib, ona uyğun müalicə təyin etmək lazımdır".
Seçilən
183
aztibb.az

1Mənbələr