“İmtahanlar ədalətsiz təşkil olunmayıb”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı təşkil olunan canlı yayım zamanı deyib.
O, qeyd edib ki, riyaziyyat fənni üzrə 3 nəfər 56-60 bal yığıb, amma ingilis dili fənni üzrə heç bir namizəd bu nəticəni göstərə bilməyib:
“Bütün bunlar ilkin nəticələrdir. Riyaziyyat fənni üzrə namizəd müəllimlər başa düşməlidirlər ki, suallar çətin olsa da, imtahanlar ədalətsiz təşkil olunmayıb”.