AZ

Putin sülh sammitinə gəlsə, həbs olunacaqmı?

Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə order verməsinə baxmayaraq, Putin ikinci “Qlobal Sülh Sammiti”ndə iştirak edə biləcək.

Axar.az xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Viola Amherd mətbuat konfransında bildirib.

Amherd əlavə edib ki, Rusiya danışıqlarda iştirak etməlidir, lakin BMT Nizamnaməsinə də əməl edilməlidir.

Qeyd edək ki, martın 17-də BCM Putin və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar uşaqları Ukraynanın işğal edilən ərazilərindən deportasiya etməkdə ittiham olunurlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
4
axar.az

5Mənbələr