AZ

Azərbaycanda 5 ayda 230 min tondan çox ət istehsal edilib

2024-cü ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə 230,8 min ton ət istehsal edilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 % və ya 3,9 min ton çoxdur. Ötən ilin müvafiq dövründə bu, 226,9 min ton olub.

Eyni zamanda hesabat dövründə 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal edilib. Bunlar da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 0,6 faiz, yumurta istehsalı 7,1 faiz artıb. Yun istehsalı isə 2,6 faiz azalıb.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
42
valyuta.az

10Mənbələr