AZ

Xaçmazda "Biz birlikdə güclüyük" adlı əyləncəli tədbir

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman idarəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Xaçmaz şəhər "Zəfər parkı"nda Beynəlxalq Atalar Günü münasibətilə karate idman növü üzrə "Biz birlikdə güclüyük" adlı əyləncəli tədbir keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə çıxış edənlər - Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, Xaçmaz rayonu üzrə təhsil sektorunun metodisti Mövlan Əkbərov və Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşı Əlibala Alxaslı Beynəlxalq Atalar Günündə idmançılarla ataların bir araya gəlməsinin xüsusi əhəmiyyət daşıdığını, yeniyetmə və gənc idmançıların inkişaf etməsində, həyatda düzgün istiqamət seçməsində ataların böyük rolu olduğunu, belə bir gündə ataların öz övladlarının çıxış etdiyi tədbirə dəvət edilməsinin onlarda məsuliyyət hissinin daha da artmasına şərait yaradacağını qeyd etmişlər.

Daha sonra Xaçmaz UGİŞM-in yetirmələri idman və vətənpərvərlik mövzusunda mahnıların sədaları altında nümunəvi çıxışlar göstərmişlər.

Əyləncəli tədbiri parka istirahətə gələn sakinlər böyük maraqla izləmişlər.

Tədbirin keçirilməsi Beynəlxalq Atalar Gününün qeyd edilməsi və karate idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
rekord.az

1Mənbələr