AZ

Afaqla Tural AzTV-ni məhkəməyə verdi

Afaqla Tural AzTV-ni məhkəməyə verdi

Aparıcılar Tural Əsədov və Afaq Gəncəli "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-ni (AzTV) məhkəməyə verib.

Sonxeber.az olay-a istinadən xəbər verir ki, buna səbəb onların "Düşən Pullar" layihəsində qazandıqları məbləğin hələ də verilməməsi olub.

Belə ki, Turalla Afaqın verilişdə udduğu 35 min manat onlara təqdim edilməyib. Onlar işlərini hüquqi çərçivədə həll etmək qərarına gəliblər.

Qeyd edək ki, bir müddət öncə T.Əsədov bununla bağlı "Qapqara" verilişində danışmış, o, Afaqla 35 min udduqlarını, lakin proqramın efirə getmədiyini və pullarının verilmədiyini demişdi.

Sözügedən verilişin aparıcısı Şəhriyar Əbilov Axşam.az-a müsahibəsində "Bütün qaliblər pullarını müqavilədə yazılan müddətdə alır" deyə, bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
sonxeber.az

2Mənbələr