“Əl-Nəsr”in hücumameyilli yarımmüdafiəçisi Sadio Mane Avropaya qayıda bilər.
90deqiqe.Az-ın “Todofichajes”ə istinadən məlumatına görə, seneqallı vingerin yeni iş yeri bir müddət əvvəl Joze Mourinyonun baş məşqçi postuna gətirdiyi "Fənərbağça" ola bilər. Portuqaliyalı çalışdırıcı da afrikalı futbolçu xidmətində maraqlıdır. Səudiyyə klubunun rəhbərliyi futbolçunu 15 milyon avroya buraxmağa hazırdır
Sadio və “Əl-Nəsr” arasında mövcud əmək müqaviləsi 2026-cı ilə qədərdir. Səudiyyə Ərəbistanı çempionatının son turunda 32 yaşlı yarımmüdafiəçi 32 oyun keçirib. Mane 13 qol (biri penaltidən) və 8 məhsuldar ötürmə edib.